III PLOVDAĞ NEKROPOLUNUN BİR DAŞ QUTU QƏBRİ HAQQINDA

Authors

Keywords:

Son Tunc - İlk Dəmir dövrü, maddi-mədəniyyət, daş qutu qəbir, bəzək əşyaları, muncuqlar

Abstract

Son Tunc - Erkən Dəmir dövründə cəmiyyətdə bir sıra dəyişikliklər baş vermişdi. Bu dəyişiklik insanların dini inanc və dünyagörüşlərinə də təsir etmişdir. Qəbir abidələri Naxçıvanın qədim tayfalarının maddi və mənəvi mədəniyyətlərinin tədqiqində mühüm rol oynayan elementlərdir. Qəbir abidələrində tapılan bəzək əşyaları bizə qədim cəmiyyətlərin iqtisadi və mədəni əlaqələrini araşdırmağa kömək edir. Müxtəlif növ bəzək əşyaları bizə qədim insanların sosial həyatını, dini inanclarını göstərir. Son Tunc - Erkən Dəmir dövrünə bəzək əşyaları müxtəlif yarımqiymətli daşlardan, eləcə də metaldan hazırlanırdı. III Plovdağ nekropolunun 10 saylı daş qutu qəbrindən Son Tunc -Erkən Dəmir dövrünə aid müxtəlif formalı tunc bilərziklər, tuncdan, balıqqulağından, müxtəlif növ təbii, yarımqiymətli daşlardan hazırlanmış muncuqlar, eyni zamanda dəmir xəncər tapılmışdır.

Downloads

Published

2025-04-19

Issue

Section

Articles