ŞƏKİ BÖLGƏSİNİN ANTİK DÖVR QƏBİR ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏ TARİXİ

Authors

Keywords:

antik dövr, Şəki, nekropol, kollektiv dəfn, küp qəbir

Abstract

Şəki, Qafqaz Albaniyasının əhəmiyyətli bölgələrindən biri olaraq, antik dövr qəbir abidələrinin zənginliyi ilə seçilir və bu abidələr bölgənin qədim mədəni irsini araşdırmaq üçün əvəzsiz mənbə hesab olunur. Məqalədə, qəbir abidələrinin öyrənilməsinin əhəmiyyəti vurğulanmış, Şəki bölgəsinin antik dövr insanlarının dini dünyagörüşləri və dəfn adətlərinin praktiki və nəzəri tədqiqatlar əsasında öyrənilməsi tarixindən bəhs edilmişdir. Burada, tədqiq olunan qəbir abidələrinin quruluşu və onların spesifik xüsusiyyətləri də təhlil edilmişdir. Bundan əlavə, son illər ərzində Kiş-Doxun və Təpəbaşı abidələrində aparılmış arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş yeni məlumatlar da məqalədə öz əksini tapmışdır ki, bu da qədim Albaniyanın dəfn adətlərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Downloads

Published

2025-04-19

Issue

Section

Articles