TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏ RUSİYA-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ (“YUMŞAQ GÜC” KONTEKSTİNDƏ)
Keywords:
əməkdaşlıq, mədəniyyət, rus dili, amil, təşkilatlar, Rusiya, ErmənistanAbstract
Rusiya və Ermənistan arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq özünəməxsus yer tutsa da, indiyədək kompleks şəkildə tədqiqat obyekti olmadığından araşdırılması aktualdır. Məlumdur ki, bu sahələrdə əməkdaşlıq hər bir dövlətin xarici siyasət
fəaliyyətində “yumşaq güc” kimi vacib yerlərdən birini tutur. “Yumşaq güc”dən istifadə xarici siyasətdə qərarvermə mexanizmlərində mühüm rol oynadığından ölkələr arasında bu sahədə fəaliyyətə xüsusi önəm verilir. Məqalənin yazılmasında başlıca məqsəd Rusiya və Ermənistan arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın müqavilə-hüquqi bazasının qurulmasını, məqsədlərini, başlıca formalarını, həyata keçirilməsi və inkişaf dinamikasını, bu sahələrdə fəaliyyət göstərən qurumların, təşkilatların təsirini araşdırmaq və elmi-nəzəri ümumiləşdirmələr etməkdir.