İÇƏRİŞƏHƏRİN DÜNYAYA TANIDILMASINDA HEYDƏR ƏLİYEVİN ROLU
Keywords:
İçərişəhər, mədəniyyət, irs, Azərbaycan, ictimai xadimAbstract
Maddi və qeyri-maddi mədəni irs hər bir xalq, o cümlədən Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Xalqların çoxəsrlik tarixini əks etdirən dəyərli irsin qorunub saxlanmasında görkəmli ictimai xadimlər mühüm rol oynamışlar. Həmin tanınmış simalardan biri kimi Ümummilli Lider Heydər Əliyev də mədəni irsin, xüsusilə İçərişəhərin bərpasında, qorunub saxlanılmasında və
beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynamışdır. Heydər Əliyevin mədəni irsə, muzeylərə, tarixi-memarlıq abidələrinə göstərdiyi xüsusi diqqəti Azərbaycan şəhərsalma mədəniyyətinin, o cümlədən paytaxt şəhərin incisi hesab olunan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun qorunması, bərpası və beynəlxalq aləmdə tanınması istiqamətində atılan addımlar və əldə olunan uğurlarda əyani şəkildə görmək mümkündür. Məqalədə tarixi metoddan istifadə etməklə Heydər Əliyevin İçərişəhərin qorunması, bərpası və bütün dünyada tanıdılması ilə bağlı qəbul etdiyi sərəncamlar nəzərdən keçirilmişdir. Məqalədə İçərişəhərin 1970-80-ci illərdən bu günə qədərki inkişaf tarixindən bəhs edilmişdir.