CƏNUBİ QAFQAZDA ERMƏNİLƏR
Keywords:
Qafqaz, ermənilər, münaqişə, region, separatizmAbstract
Təqdim olunan bu məqalədə Qafqaz regionunun tərkib hissələri, əhalisi, burada yaşayan ermənilər və onların fəaliyyətləri, bu ərazilərdə yerləşmələri, seperatçılıq meyilləri əks olunmuşdur. Qafqaz daima digər dövlətlərin diqqət mərkəzində olan, zəngin sivilizasiya və mədəniyyətə malik çoxsaylı xalqların yaşadığı bölgədir. Bu bölgə uzun tarixi keçmişə malikdir. Qafqazın cənubunun əlverişli coğrafi mövqeyi və zəngin təbii resursları tarixin bütün dövrlərində böyük güclərin marağını cəlb etmiş, bu səbəbdən regionu zaman-zaman çəkişmə meydanına çevirmişdir. Əhalinin böyük əksəriyyəti bölgənin yerli əhalisi olsa da, regionun demoqrafik quruluşu yeni köçlər hesabına dəyişikliklərə məruz qalmışdır. Regional müstəvidə qarşılıqlı köçlərin baş verməsi, regionda müxtəlif xalqların sayının məqsədyönlü şəkildə artırılması etnik tərkibdə dəyişiklik yaratmaqla yanaşı qüvvələr balansının pozulmasına da səbəb olmuşdur. Qafqazda yaşayan xalqlardan biri olan ermənilər bölgənin əlverişli mühitinin fərqindədirlər. Tarixin müəyyən mərhələlərində regiona kütləvi şəkildə köçürülən və sayları süni surətdə artırılan bu xalqın nümayəndələrinin birbaşa və dolayısı yolla irəli sürdükləri torpaq iddiaları və separatizm meyilləri Qafqazda münaqişələr, çaxnaşmalar yaradır.