AZƏRBAYCAN POPULYASİYASINDA AUTİZM SPEKTR POZUNTUSU OLAN UŞAQLARDA OXTR RS 2254298 GEN POLİMORFİZMİNİN TƏDQİQİ
Keywords:
ASP, gen, polimorfizm, OXTR, PZR-RFLPAbstract
Autizm spektri pozuntusu (ASP) uşaqlarda müşahidə olunan çoxsaylı inkişaf pozuntuları arasında ən aktual problemlərdən biri olub, həm genetik, həm də ekoloji amillərin təsiri nəticəsində meydana çıxır. Tədqiqat işində 51 azərbaycanlı uşaqdan (30 ASP diaqnozlu uşaq və 21 nəzarət qrupu) ibarət qrupda OXTR (rs2254298) geninin polimorfizmi və bu polimorfizmlə autizm riski arasındakı əlaqə təhlil edilmişdir. Tək nukleotid polimorfizmi (TNP) PZR-RFLP metodu ilə genotipləşdirilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, autizmli uşaqlarda AA, AG və GG genotip tezlikləri müvafiq olaraq, 3,33%, 13,33% və 83,33%, nəzarət qrupunda isə 9,52%, 14,29% və 76,19 %, təşkil etmişdir. Statistik təhlillər nəticəsində genotiplərlə autizm riski arasında assosiasiya qeydə alınmamışdır (p = 0.6404). ASP-li və nəzarət qrupunda A və G allellərinin rastgəlmə tezliyi müvafiq olaraq, 10%, 90% və 16,67%, 88,10% təşkil etmişdir. Statistik analizlərlə tədqiq edilən populyasiyada OXTR (rs2254298) gen polimorfizmi və autizm riski arasında statistik əhəmiyyəti assosiasiya aşkar olunmamışdır (p = 0.3228).