İLTİHABİ BAĞIRSAQ XƏSTƏLİYİ DİAQNOZU QOYULMUŞ XƏSTƏLƏRDƏ NAD(P)H KİNON OKSİREDUKTAZA GENİNİN TƏK NUKLEOTİD POLİMORFİZMİNİN TƏDQİQİ
Keywords:
İBX, gen, polimorfizm, NQO1, PZR-RFLPAbstract
İltihabi bağırsaq xəstəliklərinin (İBX) Kron və Xoralı Kolit olmaqla iki əsas növü vardır. Xəstəliyin dəqiq etiologiyası məlum deyildir və multifaktorial xəstəlik hesab olunur. Bağırsaq iltihabının əsas etioloji faktorları pozulmuş bağırsaq mikrobiotasına qarşı həddindən artıq verilən immun reaksiya, oksidativ stres və müxtəlif mühit faktorları hesab olunur. Tədqiqat işinə 80 nəfər (40 xəs
tə, 40 nəzarət qrupu) daxil edilmiş və NQO1 geninin (rs1800566) polimorfizmi müqayisəli analiz edilərək polimorfizmlə iltihabi bağırsaq xəstəlikləri arasındakı əlaqə tədqiq olunmuşdur. Tək nukleotid polimorfizminə görə genotipləşmə PZR-RFLP metodu ilə həyata keçirilmişdir. Tədqiqatın nəticələrinə əsasən xəstə qrupunda CC və CT genotiplərinin rastgəlmə tezlikləri uyğun olaraq, 70% və 27,5% olmuş, nəzarət qrupunda isə CC genotipi 55%, CT genotipi isə 37,5% təşkil etmişdir (OR=0.58, 95% CI =0.22 - 1.50, p=0.26). TT genotipinin xəstə və nəzarət qruplarında rastgəlmə tezlikləri uyğun olaraq, 2.5% və 7.5% olmuşdur (OR=0.26, 95% CI = 0.026 - 2.69, p = 0.26). Allel tezliklərinə görə C alleli xəstə qrupunda 83.75%, nəzarət qrupunda isə 73,75% təşkil etmişdir. Tallelinin isə xəstə qrupunda rastgəlmə tezliyi 16.25 %, nəzarət qrupunda isə 26.25% olmuşdur (OR=0.54, 95% CI = 0.25 - 1.18, p = 0.13). Statistik təhlillər nəticəsində NQO1geninin C609T polimorfizmilə iltihabi bağırsaq xəstəliyi riski arasında assosiasiya qeydə alınmamışdır.