TEXNOGEN ÇİRKLƏNMİŞ ƏRAZİLƏRDƏ FİTOREMEDİASİYA TƏDBİRLƏRİNİN BİOEKOLOJİ ƏSASLARI
Keywords:
Texnogen, fitoremediasiya, ağır metal, hiperakkumulyator, Sabunçu Neft-Qaz Çıxartma İdarəsi, BalaxanıAbstract
Azərbaycan Respublikası Xəzər dənizi sahili ərazilərin torpaqları ağır metallarla çirklənməyə məruz qalmış, bu da öz növbəsində ətraf mühit komponentlərinin pozulması ilə nəticələnir. Bu baxımdan yeni və daha az maliyyə tələb edən metodlardan istifadə etməklə ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi və həmin ərazilərdə davamlı növlərin iqlimləşdirilməsi aktual məsələlərdəndir. Torpaq çirkləndiricilərindən təmizləmə metodları arasında xüsusi yer tutan fiziki və kimyəvi təmizləmə metodları maliyyə cəhətdən bahalı, daha çox vaxt itkili proses olması və sonda ağır metalların təmizlənməsində çirkləndiricilərin qalma ehtimalının yüksək olması bu prosesi daha çox riskli və səmərəsiz edir. Asan tətbiq edilməsi, iqtisadi cəhətdən səmərəli olması və estetikliyi baxımından fitoremediasiya müxtəlif təmizləmə metodları ilə müqayisədə daha üstündür. Tədqiqat nəticəsində ağır metallarla çirklənmiş ərazidən gətirilən torpaq nümunələrində davamlılıq göstəricilərinə görə Fabaceae Lindl., Lamiaceae Martinov., Rutaceae Juss., Oleaceae Hoff., ApocynaceaeJuss., Cupressaceae Bart., Pinaceae Lind., Rosaceae Juss., Tamaricaceae Link., Celastraceae R.Br., Berberidaceae Juss., Lauraceae Juss., Lythraceae J.St., Fagaceae Dumort., Asparagaceae Juss., Apiaceae Lindl., Solanaceae Juss., Elaeagnaceae Juss., Moraceae Gaud. fəsiləsi növləri üzərində tədqiqatlar aparıldı. Tədqiqatlar nəticəsində Fabaceae Lindl. fəsiləsinə aid növlərdə fitore mediasiya üsulunun tətbiqi daha əlverişli hesab edildi.