ETİLENQLİKOLLA TİKİLMİŞ MALEİN ANHİDRİDİ-STİROL BİRGƏ POLİMERİ ƏSASINDA ALINMIŞ KOMPOZİT SORBENTLƏ METİLEN YAŞIL BOYAQ MADDƏSİNİN SULU MƏHLULUNDAN SORBSİYASI

Authors

Keywords:

adsorbsiya, etilenqlikol, Metilen yaşıl, kompozit sorbent

Abstract

Metilen yaşıl boyaq maddəsinin sulu məhluldan təmizlənməsi üçün kompozit sorbent kimi etilenqlikolla tikilmiş malein anhidridi-stirol birgə polimerindən istifadə olunmuşdur. Məqalədə nəticələr haqqında ətraflı məlumat verilmişdir. Təcrübələr əsasında sorbsiya dərəcəsinə və sorbsiya tutumuna boyaq maddəsinin ilk qatılığının, sobentin miqdarının, zamanın və temperaturun təsiri öyrənilmişdir. Təcrübə prosesində əldə edilmiş nəticələr Lengmuir və Dubinin-Raduşkeviç (DR) izoterm modellərində işlənmiş, sorbsiyanın kinetik və termodinamik parametrləri təyin edilmişdir. Lengmuir tənliyinin qrafikinə uyğun olaraq hesablanmış tarazlıq sorbsiya tutumunun qiyməti (11.904 mqq-1) müəyyən edilmişdir. Dubinin Raduşkeviç tənliyinə uyğun olaraq hesablanmış adsorbsiya enerjisinin qiyməti sorbsiyanın fiziki xarakterli olduğunu göstərir. Sorbsiya prosesi psevdo ikinci tərtib reaksiya tənliyinə tabe olur. Entalpiya dəyişməsinin ΔH° müsbət qiyməti (11.408 кCmol–1) sorbsiyanın endotermik xarakterli olduğunu, entropiya dəyişməsinin ΔSo müsbət qiyməti (0.0338 kC mol –1K –1) isə adsorbsiyanın gedişində xaotikliyin artdığını sübut edir.

Downloads

Published

2025-04-16

Issue

Section

Articles