Ana səhifə - Open Journal System"DERGIPARK"
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Açıq Jurnallar Sistemi "DərgiPark"
    AMEA DərgiParkı - Scopus Q2 kvartilinə daxil olan Azərbaycan Riyaziyyat Jurnalının saytı əsasında nümunəvi sayt platforması yaradılmışdır. AMEA elmi jurnallarının bu nümunə əsasında saytlarının yaradılması və AMEA DərgiParkı-nın formalaşdırılması üçün müvafiq tədbirlər görülür.

    AMEA DərgiParkı-na daxil olan jurnalların Open Journal Systems platforması əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.

    AMEA DərgiParkı-na daxil olan jurnalların Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Dövri elmi nəşrlər qarşısında qoyulan tələblər»ə uyğun fəaliyyət göstərməsi nəzərdə tutulur.

    AMEA DərgiParkı-na daxil olan jurnalların fəaliyyətinin TÜBİTAK ULAKBİM Tr Dizin Kriterilərinə uyğun tənzimlənməsi nəzərdə tutulur (Tr Dizin QAYDALARI).

    AMEA DərgiParkı-na daxil olan jurnalların Avropa Redaktorlar Şurasının tövsiyə etdiyi Pippa Smartın «Handbook for Journal Editors» kitabının Orhan Yılmaz və Cem Uzunun tərcümə etdiyi «Editör El Kitabı»nda qeyd olunmuş qaydalara uyğun fəaliyyət göstərməsi nəzərdə tutulur.

    AMEA DərgiParkı və elmmetrik bazalar

    AMEA DərgiParkı-na daxil olan jurnalların Google Scholar elmmetrik bazasında indeksləndirilməsi nəzərdə tutulur.

    AMEA əməkdaşlarının AMEA DərgiParkı-na daxil olan jurnallarda nəşr olunmuş məqalələrinin AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasındakı (AMEA İREMB) müvafiq profillərinə inteqrasiya edilməsi izlənilir.

    AMEA DərgiParkı-na daxil olan jurnalların AMEA Rəqəmsal Elmi İnformasiya Sisteminə (AMEA REİRS) inteqrasiya olunması nəzərdə tutulur.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi