NİZAMİ GƏNCƏVİ İRSİNİN ŞƏRQ VƏ QƏRB ƏNƏNƏLƏRİKONTEKSTİNDƏ ARAŞDIRILMA TARİXİ
Keywords:
Nizami Gəncəvi, Şərq ədəbiyyatı, Qərb şərqşünaslığı, nizamişünaslı, orientalistika, müqayisəli ədəbiyyatşünaslıq, humanizmAbstract
Bu məqalədə Nizami Gəncəvinin ədəbi irsinin Şərq və Qərb elmi ənənələri çərçivəsində öyrənilməsi, şərhi və yayılması məsələləri araşdırılır. Qeyd olunur ki, şairin humanizm, ədalət, kamil insan konsepsiyası, dövlət və cəmiyyət arasındakı münasibətlərə dair ümumbəşəri ideyaları əsrlər boyu müxtəlif ölkələrin tədqiqatçılarının diqqətini cəlb etmişdir.
Tədqiqat göstərir ki, Şərqdə Nizami yaradıcılığı əsasən klassik şərhçilik ənənəsi, poetik irsin davamlılığı və mənəvi-fəlsəfi düşüncə kontekstində öyrənilmiş, Qərbdə isə şairin əsərləri şərqşünaslıq, filoloji və müqayisəli ədəbiyyatşünaslıq tədqiqatlarının obyektinə çevrilmişdir. Məqalədə Fransa, İngiltərə, Almaniya, Polşa və Rusiya alimlərinin Nizami yaradıcılığının tədqiqi və tərcüməsi sahəsindəki fəaliyyətlərinə xüsusi diqqət yetirilir.
D’Herbelot, Uilyam Cons, Yan Ripka, Ruben Levi, Anri Masse, A. Krımski, Y. Bertels və digər görkəmli şərqşünasların elmi fəaliyyəti nəticəsində Nizaminin ədəbi irsi Avropa elmi dövriyyəsinə daxil olmuş və beynəlxalq səviyyədə tanınmışdır.
Tədqiqatın nəticələri göstərir ki, metodoloji yanaşmalardakı fərqlərə baxmayaraq, Şərq və Qərb alimləri Nizami Gəncəvini dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi yüksək qiymətləndirmiş və onun zəngin ədəbi-fəlsəfi irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm töhfələr vermişlər.