MÜƏLLİM HAZIRLIĞININ TƏKMİLLƏŞDİRİLMƏSİNDƏSTRUKTURLAŞDIRILMIŞ TƏLİM YANAŞMALARI:NİZAMİ GƏNCƏVİ İRSİ ƏSASINDA
Keywords:
Strukturlaşdırılmış təlim, müəllim hazırlığı, modul yanaşma, Nizami Gəncəvi irsi, pedaqoji innovasiyalarAbstract
Məqalədə tədrisə strukturlaşdırılmış yanaşmalar kontekstində müəllim hazırlığının müasir tələblər əsasında təkmilləşdirilməsi məsələsi araşdırılır. Tədqiqatın əsas məqsədi sistemli və mərhələli təlim modellərinin gələcək müəllimlərin peşəkar inkişafındakı potensialını təhlil etmək, həmçinin klassik ədəbi irsin, xüsusilə Nizami Gəncəvi yaradıcılığının bu prosesdəki pedaqoji imkanlarını müəyyənləşdirməkdir.
Məqalədə göstərilir ki, ənənəvi müəllim hazırlığı modelləri müasir təhsil mühitinin tələblərini tam şəkildə qarşılaya bilmir. Buna görə də tədris prosesinin daha çevik, məqsədyönlü və nəticəyönümlü təşkilini təmin etmək məqsədilə strukturlaşdırılmış yanaşmalardan, o cümlədən blok-modul prinsipindən istifadə zəruridir. Bu yanaşmalar tədris materialının məntiqi vahidlərə bölünməsi, mərhələli təlimin həyata keçirilməsi və səriştəyönümlü təlim nəticələrinin müəyyənləşdirilməsi ilə səciyyələnir.
Tədqiqat göstərir ki, tədrisə strukturlaşdırılmış yanaşmalar gələcək müəllimlərin metodik təfəkkürünü inkişaf etdirir, onların tədris prosesini planlaşdırmaq, təşkil etmək və qiymətləndirmək imkanlarını genişləndirir. Eyni zamanda, bu yanaşma müəllim hazırlığı prosesində fərdiləşdirilmiş və fəal öyrənmə mühitinin formalaşdırılması üçün əlverişli şərait yaradır.
Məqalədə, həmçinin müəllim hazırlığında Nizami Gəncəvi yaradıcılığından istifadənin əhəmiyyəti əsaslandırılır. Şairin zəngin pedaqoji, mənəvi və estetik irsi gələcək müəllimlərin dünyagörüşünün formalaşmasına, onların milli və mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə, eləcə də tədrisə yaradıcı yanaşmalarının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, strukturlaşdırılmış təlim metodları ilə klassik ədəbi irsin inteqrasiyası müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinin səmərəli istiqamətlərindən biri kimi qiymətləndirilə bilər və bu sahədə geniş tətbiq imkanlarına malikdir.