MƏCNUN OBRAZI ƏRƏBDİLLİ MƏNBƏLƏRDƏ

Authors

  • Könül SADIQOVA

Keywords:

Nizami Gəncəvi, Leyli və Məcnun, ərəb mənbələri, Məcnun “Divan”ı, Qeys ibn əl-Müləvvəh

Abstract

Məqalədə Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının ərəb mənbələri araşdırılır, Qeys ibn əl-Müləvvəh (Məcnun) və Leyli haqqında rəvayətin tarixi inkişaf mərhələləri tədqiq edilir. İ. Y. Kraçkovskinin, E. E. Bertelsin tədqiqatlarına, eləcə də Əbu əl-Fərəc əl-İsfahaninin, İbn Quteybənin və Əbu Bəkr əl-Vəlubinin əsərlərinə istinad edilməklə məşhur məhəbbət hekayəsinin ədəbi, tarixi və folklor əsasları təhlil olunur.

Tədqiqatda müxtəlif kitabxana və kolleksiyalarda, eləcə də ayrı-ayrı nəşrlərdə qorunub saxlanılan Məcnun “Divan”ının əlyazma və çap variantlarına xüsusi diqqət yetirilir. Araşdırma göstərir ki, Leyli və Məcnun haqqında rəvayət Nizamidən xeyli əvvəl ərəb ədəbi mühitində geniş şəkildə tanınmışdır. Lakin Nizami mövcud rəvayətləri sadəcə təkrarlamamış, pərakəndə şəkildə mövcud olan ənənə və süjetləri vahid poetik-fəlsəfi sistemdə birləşdirərək mükəmməl bədii əsər səviyyəsinə yüksəltmişdir.

Məqalədə şairin ərəb ədəbi irsinə dərindən bələd olması xüsusi vurğulanır və onun yerli məhəbbət rəvayətini ümumbəşəri məzmun daşıyan dünya ədəbiyyatı nümunəsinə çevirmək istiqamətindəki yaradıcı fəaliyyəti önə çəkilir. Tədqiqatın nəticələri ərəb mənbələrinin Nizaminin “Leyli və Məcnun” poemasının formalaşmasındakı mühüm rolunu təsdiqləməklə yanaşı, şairin bədii təfəkkürünün orijinallığını və ədəbi nailiyyətinin özünəməxsusluğunu da nümayiş etdirir.

Downloads

Published

2026-09-29

Issue

Section

Articles