NİZAMİ GƏNCƏVİ İLƏ BAŞLAYAN XƏMSƏÇİLİK ƏNƏNƏSI VƏƏLİŞİR NƏVAİ

Authors

  • Təranə VERDİYEVA
  • Ülviyyə İSMAYILOVA

Keywords:

Nizami Gəncəvi, Xəmsə, Əlişir Nəvai, Leyli və Məcnun, poema, üslub

Abstract

Bu məqalədə Nizami Gəncəvi ilə Əlişir Nəvai arasındakı ədəbi-estetik əlaqələr və onların klassik Şərq poeziyasının inkişafına verdikləri töhfə tədqiq olunur. Nizami Gəncəvi “Xəmsə” ənənəsinin əsasını qoymaqla, humanist idealları, fəlsəfi düşüncəsinin dərinliyi və yüksək poetik sənətkarlığı vasitəsilə Azərbaycan və Şərq ədəbi-fikri tarixində yeni mərhələ yaratmış, sonrakı nəsil şairlərinin yaradıcılığına mühüm təsir göstərmişdir.

Tədqiqatda Nizaminin ədəbi irsinin Əlişir Nəvainin yaradıcılığına, xüsusilə onun “Xəmsə”sinə və “Leyli və Məcnun” poemasına təsirinə xüsusi diqqət yetirilir. Araşdırma göstərir ki, Nəvai Nizaminin ədəbi ənənələrini yalnız davam etdirməklə kifayətlənməmiş, onları türk dilinin poetik imkanları və milli-mədəni şüur kontekstində yeni məna çalarları ilə zənginləşdirmişdir.

“Leyli və Məcnun” əsərinin hər iki versiyasının müqayisəli təhlili göstərir ki, Nizami məhəbbət mövzusunun mistik, fəlsəfi və sufi yozumlarını ön plana çıxardığı halda, Nəvai daha çox sosial məsələlərə, fərdi azadlığa və insan münasibətlərinə diqqət yetirmişdir.

Tədqiqatın nəticələri göstərir ki, Nizami ilə Nəvai arasındakı mənəvi, estetik və ideya varisliyi klassik türk və Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Onların ədəbi irsi türk dünyasının ümumi mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir və müasir ədəbiyyatşünaslıq baxımından aktuallığını qoruyur.

Downloads

Published

2026-09-28

Issue

Section

Articles