NİZAMİ GƏNCƏVİ - 885:AZƏRBAYCAN PREZİDENTİNİN BƏŞƏRİYYƏTƏ TƏQDİM ETDİYİNİZAMİ GƏNCƏVİ NİZAMİ

Authors

  • Əlimuxtar MUXTAROV

Keywords:

Azərbaycan şairi Nizami Gəncəvi, 885 illik yubiley, ümumbəşəri ideyalar, yubiley tədbirləri, Qlobal Bakı Forumları

Abstract

Məqalədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ümumbəşəri ideyalarının mahiyyəti, müasir dövrdə aktuallığı və beynəlxalq səviyyədə təbliği məsələləri tədqiq edilir. Humanizm, ədalət, tolerantlıq, multikulturalizm, sülh və birgəyaşayış prinsiplərinə əsaslanan Nizami Gəncəvi irsinin Azərbaycan dövlətinin mədəni siyasətindəki mühüm yeri təhlil olunur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami irsinin dünya miqyasında tanıdılması və təbliği istiqamətində məqsədyönlü fəaliyyətinə xüsusi diqqət yetirilir.

Məqalədə 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılma tarixi, məqsəd və vəzifələri, habelə onun yüksək beynəlxalq nüfuzu ətraflı işıqlandırılır. Konkret faktlar əsasında Mərkəz tərəfindən təşkil olunan Qlobal Bakı Forumlarının müasir dövrün qlobal problemlərinin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformaya çevrildiyi əsaslandırılır. Eyni zamanda, Mərkəzin Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərin və Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfə qiymətləndirilir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Prezident İlham Əliyevin himayəsi ilə həyata keçirilən təşəbbüs və layihələr Nizami Gəncəvinin ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də Azərbaycan nizamişünaslığının qlobal səviyyədə inkişafında mühüm rol oynamışdır.

       

Downloads

Published

2026-08-14

Issue

Section

Articles