NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA İNSAN KİMLİYİNİ FORMALAŞDIRAN AMİLLƏR

Authors

  • Elxan Quliyev

    Keywords:

    Nizami Gəncəvi, Xəmsə, əsər, dahi, şair

    Abstract

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatında özünəməxsus yer tutur. Müdrik filosofun yaradıcılığı bəşəri təfəkkürün elə bir zirvəsidir ki, insanlar onu dərk edib, oraya yüksəlmək üçün bundan sonra hələ uzun yol qət etməli olacaqlar. İnsanlıq mənəvi cəhətdən o qədər inkişaf etməlidir ki, Nizaminin idealizmini, təfəkkür və kamillik zirvəsini dərk edə bilsin. Nə zaman dünyada ağıl və kamal hər şeydən üstün tutulacaq, o zaman da Nizami yaradıcılığı kəşf olunacaqdır. Belə görünür ki, bəşəriyyət hələ də bu zirvədən çox uzaqdadır. Əks halda dünyada var-dövlətini artırmaq hərisliyi ilə insanlığa yaraşmayan qırğınlar, yersiz müharibələr və talanlar olmazdı.

    Downloads

    Published

    2025-04-23 — Updated on 2025-04-23

    Versions