XII ƏSR AZƏRBAYCAN İNTİBAHI VƏ NİZAMİ GƏNCƏVİ

Authors

  • Solmaz Namazova

    Keywords:

    Nizami Gəncəvi, intibah, Azərbaycan, elm, şair

    Abstract

    Bildiyimiz kimi, Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən XII əsr Azərbaycanın intibah dövrü hesab edilir. Bəşər tarixinə dahi şair və mütəfəkkir Nizami kimi böyük şəxsiyyətlər vermiş XII əsr təkcə ədəbiyyatda deyil, mədəniyyətin demək olar ki, bütün sahələrinin, o cümlədən memarlığın da sürətlə inkişafı ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın bir çox şəhərlərində qiymətli sənət nümunələri yaradılmışdır. Görkəmli sənətkarların yaratdıqları memarlıq abidələri öz gözəlliyi, orijinallığı, üslub və möhkəmliyi ilə dünya memarlığının inkişafına xeyli təsir göstərmişdir. XII əsrdə “Yusif ibn-Qasiri” və “Mömünə Xatun” türbələri inşa edilmişdir. Başdan-başa həndəsi nəqşlər və kitabələrlə bəzədilmiş bu türbələr memar Əcəmi ibn Əbu Bəkr ən-Naxçıvani tərəfindən tikilmişdir. Hər iki abidə Azərbaycan memarlığının şah əsərlərindəndir. Qeyd olunan dövrə aid memarlıq abidələri içərisində qalalar və müxtəlif müdafiə qurğuları xüsusi yer tutur. XII əsrdə yaradılmış qalalar içərisində həm sənətkarlıq baxımından, həm də hərbi-strateji cəhətdən Qız qalası xüsusi əhəmiyyət kəsb edir1 . Bunlardan əlavə, həmin dövrdə Azərbaycan memarları onlarca gözəl saraylar, məscidlər, karvansaralar, körpülər, bürclər və qalalar ucaltmışlar.

    Downloads

    Published

    2025-04-23