YAN RIPKANIN TƏDQİQATLARINDA “AZƏRBAYCAN MƏKTƏBİ” VƏ NİZAMİ GƏNCƏVİ

Authors

  • Roya Mirzabayova

    Keywords:

    Nizami Gəncəvi, Yan Rıpka, Azərbaycan məktəbi, şair, şərqşünas

    Abstract

    Milli ədəbiyyat nümunələrimizin dünya ədəbi kontekstində tədqiq edilməsi bu gün mühüm əhəmiyyət kəsb edir. Dünya tarixşünaslığı və şərqşünaslığı tarixinədək klassik Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolunu qərb tədqiqatçılarının gözündən öyrənmək bu gün aktual mövzulardan biridir. Avropada əsərləri ən çox tədqiq və tərcümə edilən şairlərdən biri də Azərbaycan poeziyasının klassiki, orta əsrlərin ən böyük şairlərindən biri Nizami Gəncəvidir. Onun müxtəlif səpkidə olan (ictimai, mədəni və elmi) mövzuları işıqlandıran poemaları şərq ölkələrində olduğu kimi, qərbdə də şöhrət qazanmış və bu əsərlərin qəhrəmanları dünyada tanınmaqdadır. Məqalədə çex şərqşünas Yan Rıpkanın "Azərbaycan məktəbi"nin nümayəndələri və Nizami Gəncəvi haqqında maraqlı fikirləri yer almışdır.

    Downloads

    Published

    2025-04-23