NİZAMİ GƏNCƏVİ VƏ ONUN ƏSƏRLƏRİNDƏ AZƏRBAYCAN TÜRKCƏSİ
Keywords:
Nizami Gəncəvi, poeziya, Azərbaycan, Gəncə şəhəri, ədəbiyyatAbstract
XII əsr ölkəmizin siyasi və mədəni həyatında mühüm hadisələrlə zəngin bir dövr idi, Azərbaycan yüksək inkişaf səviyyəsinə çatmışdı. Mütərəqqi ictimai formasiya əsaslarının və ona uyğun ideologiyanın meydana gəlməsi ilə eyni zamanda söz sənətində, incəsənətin digər sahələrində mütərəqqi ideyaların təbliğ edilməsi intibah poeziyasının yarandığından xəbər verirdi. XII əsr türk-Azərbaycan renessansının ən uca zirvəsində dayanan Nizami Gəncəvi həmin dövrün ən görkəmli nümayəndəsidir. Nizami yaradıcılığı, ümumiyyətlə, bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsidir.
Downloads
Published
2025-04-23
Issue
Section
Articles