NİZAMİ GƏNCƏVİ DÖVRÜNDƏ ELMƏ VƏ ELM ADAMLARINA VERİLƏN DƏYƏR

Authors

  • Elvin Talışınski

    Keywords:

    Nizami Gəncəvi, Antik dünya, Orta Şərq, Afrika, tarixçi-etnoqraf

    Abstract

    Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri olan Nizami Gəncəvi bəşəriyyətin gələcək tarixində müstəsna rol oynayan hadisələrlə qeyri-adi dərəcədə zəngin bir dövrdə, XII əsrdə yaşayıb və yaratmışdır. Nizami Gəncəvi Antik dünya, eləcə də Yaxın və Orta Şərq, Afrika, İspaniyanın çoxsaylı xalqlarını özündə birləşdirən Ərəb xilafəti tərəfindən böyük mədəniyyətin miras qaldığı bir dövrdə yaşamış, elə həmin dövrün də dahi şəxsiyyətlərindən biri kimi tarixə düşmüşdür. Bu dövr, həm də Azərbaycanın Şərqin mədəni və iqtisadi mərkəzlərindən birinə çevrildiyi və bir çox xalqın nümayəndələri tərəfindən yaradılan fars dilli ədəbiyyatın inkişaf etdiyi bir dövrdür.

    Downloads

    Published

    2025-04-23