GÜRCÜSTANDA TÜRK ETNİK VARLIĞININ TƏKAMÜL MƏRHƏLƏLƏRİ BARƏDƏ

Authors

  • F.V. Hacıyev

    Keywords:

    Azerbaijan, baku

    Abstract

    Müasir Gürcüstan ərazisinin minillər boyu türk tayfalarının məskəni olduğunu çoxsaylı
    tarixi abidələr, arxeoloji qazıntılar və yazılı məxəzlər sübut edir. Ən qədim gürcü yazılı qaynağı
    «Moktsevai Kartlisay» («Kartlinin xristianlığa keçməsi») salnaməsində b.e.ə. IV əsrdə Kartlidə
    Kür çayı boyunda buntürk tayfası barədə məlumat verilir. Daha sonra bu ərazilərdə hunlar,
    barsillər, peçeneqlər, onoğurlar, saraqurlar, sabirlər, xəzərlər, qıpçaqlar, oğuzlar və digər türk
    tayfa birlikləri görünürlər. Məqalədə əsasən orta əsr gürcü yazılı mənbələrinə istinad edilərək
    Borçalı-Qarapapaq və Ahısqa türklərinin etnogenezində mühüm rol oynamış bu türk
    qövmlərinin Cənubi Qafqazda baş vermiş etnosiyasi proseslərdə iştirakı və Gürcüstanda türk
    etnik varlığının təkamül mərhələləri araşdırılır.
    Açar sözlər: “Moktsevai Kartlisay”, “Kartli çarlarının həyatı”, buntürklər, xəzərlər, qıpçaqlar

    Downloads

    Published

    2026-01-23

    Issue

    Section

    Articles