AZƏRBAYCANIN DAXİLİ SU HÖVZƏLƏRİNDƏ KÜLMƏNİN – RUTILUS RUTILUS CASPICUS (KAMENSKY)TREMATOD FAUNASI

Authors

  • Y.V. Şəkərəliyeva

    Keywords:

    Azerbaijan, baku

    Abstract

    2007-2013 illərdə Azərbaycanın 10 daxili su hövzəsindən ovlanmış 195 külmənin parazitoloji
    tədqiqatı nəticəsində 16 növ trematod tapılmışdır. Bunlardan 3 növü çəkikimilər üçün xarakterdir,
    qalanları bir çox başqa balıqlarda da parazitlik etməyə qabildir. Külmənin trematodlarından 13
    növü ondan aralıq sahib kimi istifadə edərək, yetkin mərhələyə yırtıcı balıqların (2 növ) və
    balıqyeyən quşların (11 növ) orqanizmində çatır. Bir növ külməni Xəzərdə yoluxdurur və bu balığın
    yalnız yarımkeçici formasında tapılmışdır, qalan növlər tipik şirinsu formalarıdır. Külmə dib
    orqanizmləri ilə qidalandığından serkariləri balıqlara aktiv daxil olan trematodların metaserkariləri ilə nisbətən güclü yoluxmuşdur. Qeydə alınmış trematodlardan 8 növü balıqlarda
    xəstəlik törədir, 1 növü isə insan üçün təhlükəlidir.
    Açar sözlər: külmə, trematodlar, Azərbaycan, çəkikimilər

    Downloads

    Published

    2026-01-23

    Issue

    Section

    Articles