RADİOAKTİV RADİUM İZOTOPUNUN YAĞIŞ QURDLARININ HƏYAT FƏALİYYƏTİNƏ TƏSİRİ
Keywords:
Azerbaijan, bakuAbstract
Radioaktiv 226RaCl2 duzunun müxtəlif konsentrasiyalarının (4333 Bk/kq, 8666 Bk/kq, 17332
Bk/kq və 21665 Bk/kq) Abşeronun aborigen soxulcanlarının (Nicodrilus caliginosus Sav.trapezoides)
həyat fəaliyyətinə təsiri tədqiq olunmuşdur. RaCl2 duzunun aşağı qatılıqları soxulcanlarının həyat
fəaliyyətinə zəif, yüksək qatılıqları isə kəskin neqativ təsir göstərmişdir. Torpaqda radioaktivliyin
artması həmçinin soxulcanlar tərəfindən hasil edilən koprolitlərin pH göstəricisinin və katalaza
fermentinin aktivliyinin tədricən zəifləməsinə gətirib çıxarmışdır.
Açar sözlər: radium, yağış qurdları, radioaktiv