AZƏRBAYCANIN BƏZİ KİŞMİŞ ÜZÜM SORTLARININ KLON SELEKSIYASI
Keywords:
Azerbaijan, bakuAbstract
Məqalə Ağ oval kişmiş, Ağ kişmiş, Çəhrayı kişmiş üzüm sortlarının populyasiyasından seçilmiş
yüksək məhsuldar klon formalarının (27/11, 30/03, 3-22/4, 4-5/28, 4-18/17, 3-2/12) morfoloji, bioloji və
təsərrüfat-texnoloji xüsusiyyətlərinə, həmçinin klon seleksiyasının əsas müddəalarına və üzümdə baş
verən vegetativ dəyişkənliklərə həsr edilmişdir. Bundan başqa, məqalədə müəyyən göstəricilərə görə
üzüm sortları və onların klonları arasındakı fərqin dürüstlük dərəcəsini yoxlamaq üçün aparılan riyazistatistik tədqiqatların (U, х2 və Styudentin-t meyarı) nəticələri və təhlilləri öz əksini tapmışdır.
Açar sözlər: seleksiya, üzüm sortu, yerli sort, salxım, gilə, toxumsuz üzüm sortu, ampeloqrafik kolleksiya, başlanğıc sort, ekoloji-coğrafi mənşə