STANDART NÜMUNƏLƏRDƏ VİSMUTUN(III) YENİ SPEKTROFOTOMETRİK TƏYİNİ METODİKASI
Keywords:
Azerbaijan, bakuAbstract
Qeyri-ion tip səthi-aktiv maddə - triton X-114 iştirakında vismutun(III) 2,3,4-trihidroksifenilazo-
5'-sulfonaftalinlə kompleks əmələ gətirməsi spektrofotometrik metodla tədqiq edilmişdir. 0,01 M HCl
(pH 2,0) mühitində, maksimum işıq udması λ=464 nm dalğa uzunluğuna təsadüf edən və komponentlərin nisbəti 1:2:1 olan Bi(III)-R-triton X-114 müxtəlifliqandlı kompleksin əmələ gəldiyi müəyyən
edilmişdir. Vismutun(III) eyni- və müxtəlifliqandlı komplekslərinin optimal əmələ gəlmə şəraiti müəyyən
edilmiş, əsas spektrofotometrik xarakteristikaları hesablanmışdır. Mis əsaslı standart nümunələrdə
vismutun təyini üçün yüksək seçiciliyə malik yeni spektrofotometrik metodika işlənilmişdir.
Açar sözlər: vismut(III), azobirləşmə, müxtəlifliqandlı kompleks, standart nümunə, spektrofotometrik
təyinat, triton X-114