“KODEKS KUMANİKUS”DA YER ALAN BƏZİ TAPMACALARIN GÜNEY AZƏRBAYCAN FOLKLORUNDAKI PARALELLƏRİ Ü.İ. Əliyeva
Keywords:
Azerbaijan, bakuAbstract
Məqalədə tapmacaların müqayisəsi aparılmış, onların praformalarının, yayılma arealının,
təkamül prosesinin və paradiqmalarının aşkarlanmasına cəhd edilmişdir. Müəllif Güney
Azərbaycanın Urmu bölgəsindən, daha dəqiq desək, Sulduzdan toplanmış 24 tapmacanı digər
türk xalqlarının tapmacaları ilə müqayisə etmiş və belə bir nəticəyə gəlmişdir ki, onlardan 3-
ünün “Kodeks Kumanikus”dakı tapmacalarla, eləcə də Özbəkistandan və Sibirdən toplanmış
tapmacalarla, bir neçəsinin isə Krımdan toplanmış analoji folklor nümunələri ilə bu və ya digər
dərəcədə paralellik təşkil edir.
Açar sözlər: tapmaca, Kodeks Kumanikus, Güney Azərbaycan, folklor, müqayisə