RÜŞVƏTXORLUQ CİNAYƏTLƏRİNDƏ CİNAYƏTİN PREDMETİNİN MÜSADİRƏSİ: NƏZƏRİ VƏ TƏCRÜBİ PROBLEMLƏR
Keywords:
Azerbaijan, bakuAbstract
Məqalədə cinayətin predmeti olan əşyaların (əmlakın) müsadirə edilməsinin sovet
dönəmində və hazırda qüvvədə olan cinayət qanunlarında təsbiti məsələlərinə toxunulur və bu
kontekstdə rüşvət alma və rüşvət vermə cinayətlərinin predmeti olan pul, qiymətli kağızlar və ya
digər əmlakın müsadirəsinin xüsusiyyətləri araşdırılır.
Rüşvət fitnəkarlığı əməlinin kriminallaşdırılmasının zəruriliyi əsaslandırılır və bu adda
maddənin cinayət qanununa daxil edilməli olan modeli təklif olunur.
Məqalədə, həmçinin rüşvət alma və rüşvət vermə cinayətlərinin predmetlərinin müsadirəsi
ilə bağlı cinayət qanunu normaları şərh olunur, məhkəmə təcrübəsində yolverilən səhvlərə
diqqət yönəldilir, həmin səhvlərin nədən ibarət olması və aradan qaldırılmasına yönəlik
tövsiyələr əks etdirilir.
Açar sözlər: cinayətin predmeti, əmlak müsadirəsi, xüsusi müsadirə, rüşvət alma, rüşvət
vermə, rüşvət fitnəkarlığı, vəzifəli şəxs, cinayət məsuliyyəti, qaçaqmalçılıq