İSLAM AİLƏ HÜQUQUNDA EVLİLİYİN MEYDANA GƏLMƏ ŞƏRTLƏRİ

Authors

  • S.H. Mirzəyeva

    Keywords:

    Azerbaijan, baku

    Abstract

    Ailə hüququ islam hüququnun müstəqil bir hissəsini təşkil edir. Klassik islam hüququ
    kitablarında bu hissə “nikah-talaq” başlığı altında araşdırılır. İslam hüququnun mənbələri və
    sistemi, Roma hüququndan qaynaqlanan müasir Avropa hüququnun digər hüquq sistemlərindən
    fərqlənir. İslam hüququ yalnız insanların bir-biri ilə olan əlaqələrini tənzimləməmiş, eyni
    zamanda Allahla insan arasında olan əlaqəyə də yer vermişdir. Klassik fiqh kitablarında həmişə
    ilk hissə ibadətə ayrılmışdır. İslam hüquqşünasları Roma hüququndan qaynaqlanan bir sıra
    şəxsi hüquq qanunlarına yer verməyərək islam hüququnu “İbadət”, “Müaməlat” (borc ticarət
    üsul hüququ) və “Uqubat”(cəza hüququ ) kimi başlıqlara ayırmışlar.
    Açar sözlər: ailə, islam, hüquq

    Downloads

    Published

    2026-01-21

    Issue

    Section

    Articles