M. S.ORDUBADİNİN “DUMANLI TƏBRİZ” ROMANINDA “TƏNƏBİ” TİPLİ YAŞAYIŞ EVİ HAQQINDA (tarixi-etnoqrafik tədqiqat)
Keywords:
Azerbaijan, bakuAbstract
Bu məqalə M.S.Ordubadinin “Dumanlı Təbriz” romanında “tənəbi” adlandırılan Azərbaycan xalq yaşayış evlərinin növlərindən biri olan “kəllayi” tipini araşdırır. “Tənəbi” tipli xalq yaşayış evi adını qonaqlar üçün nəzərdə tutulmuş uzun və geniş otağın adından almışdır. “Tənəbi” qonaq otağı olan evlər Cənubi Azərbaycanın Təbriz, Marand, Xoy və digər şəhərlərində zadəgan və varlı ailələr arasında, həmçinin Şimali Azərbaycanın Naxçıvan və Lənkəran bölgələrində yayılmışdır. Azərbaycanın ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud”da da “tənəbi” tipli yaşayış evi haqqında məlumat vardır.