QAZTURBİNLİ MÜHƏRRİKLƏR ÜÇÜN SİNTETİK YAĞ KOMPOZİSİYASI
Keywords:
Azerbaijan, bakuAbstract
Məqalədə aviasiyanın qazturbinli mühərriklərində işlədilən və yüksək temperaturlarda
oksidləşməyə qarşı davamlı olan sintetik sürtkü yağı kompozisiyasının işlənib hazırlanmasından
bəhs edilir.Hazırlanmış sürtkü yağı kompozisiyasının baza əsası pentaeritrit mürəkkəb efirindən(ПЭЭ)-sintetik yağdan və ona əlavə edilmiş yeni antioksidləşdirici 3-heksiloksi-4-nheksildifenilamin (I) və yeyilməyə qarşı Cu(II)-bis[N-(p-metoksikarbonilfenil)-salisilaldiiminat
(II) aşqarları, həmçinin də sənayedə alınan korroziyaya qarşı benzоtriazol(БТА) aşqarından
ibarətdir.Təklif olunan “yağ kompozisiyasının ”fiziki-kimyəvi və istismar xassələri laboratoriyada yoxlanılaraq müəyyən edilmişdir ki, oksidləşmədən sonra yeni kompozisiya, Б-3В ştat
yağı ilə müqayisədə metal lövhəcikləri korroziya etmir və çöküntü əmələ gətirmir.
Açar sözlər: inhibitor,aşqar,kompozisiya,penteritrit efiri,korroziya,özlülük,çöküntü