QURAQLIĞIN AMARANT YARPAQLARINDA QAZ MÜBADİLƏSİ PARAMETRLƏRİNƏ VƏ DEKARBOKSİLLƏŞDİRİCİ MALATDEHİDROGENAZALARA TƏSİRİ

Authors

  • N.M. Quliyev

    Keywords:

    Azerbaijan, baku

    Abstract

    NAD-malik enzimin (NAD-ME, EC 1.1.1.39) amarant (Amaranthus cruentus L,) yarpaqlarının
    mezofil (MH) və örtük topa hüceyrələrinin (ÖTH) sitozol və mitoxondrilərində, NADF-malik enzimin
    (NADF-ME, EC 1.1.1.40) isə xloroplastlarda lokalizasiya olunduğu müəyyən olunmuşdur. Quraqlığın təsirindən ÖTH-nin mitoxondrilərində NAD-ME-in 121 kDa molekul çəkisinə (Mr) malik
    olan yeni bir izoforması əmələ gəlsə də NADF-ME-in izoferment spektrində dəyişiklik baş verməmişdir. Toxum yetişmə (TY) mərhələsində yarpaqda suyun nisbi miqdarının (SNM) 90%-
    dan 48,2%-ə enməsi prolinin 90%, malondialdehidin miqdarının 100% artdığı şəraitdə
    fotosintezin sürətinin (Pn) və ağızcıqların keçiriciliyinin (gs) 60% azalmasına, hüceyrəarası
    boşluqlardakı CO2-nin miqdarının (Ci), NAD-ME və NADF-ME aktivliyinin artmasına səbəb
    olmuşdur. NAD-ME və NADF-ME aktivliyi xlorofillərin və karotinoidlərin miqdarından
    olduğu aşkar olunmuşdur.
    Açar sözlər: Amarant, quraqlıq, NAD-ME, NADF-ME, ağızcıq keçiriciliyi, adaptasiya

    Downloads

    Published

    2026-01-19

    Issue

    Section

    Articles