MOLİBDEN(VI) VƏ VOLFRAMIN(VI) 2,2',3,4-TETRAHİDROKSİ-3'-SULFO-5'- XLORAZOBENZOL VƏ KATİON TİP SƏTHİ-AKTİV MADDƏLƏRLƏ MÜXTƏLİFLİQANDLI KOMPLEKSLƏR ŞƏKLİNDƏ TƏYİNİ

Authors

  • Xalil Nağıyev

    Keywords:

    Azerbaijan, baku

    Abstract

    Molibden(VI) və volframın(VI) 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-xlorazobenzolla kompleks əmələ
    gətirməsi spektrofotometrik metodla tədqiq edilmiş və kompleks əmələ gəlməyə kation tip səthi-aktiv
    maddələr – setilpiridin bromid və dekametoksinin təsiri öyrənilmişdir. Səthi-aktiv maddələr
    iştirakında tərkibindəki komponentlər nisbəti 1:2:2 olan Mo(VI)-R-SPBr və W(VI)-R-Dek müxtəlifliqandlı kompleksləri əmələ gəlir ki, bunun da nəticəsində udma spektrlərində batoxrom sürüşmə və
    hiperxrom effekt, eləcə də maksimum çıxımın daha turş mühitə doğru sürüşməsi müşahidə olunur.
    Mo(VI) və W(VI)-ın eyni- və müxtəlifliqandlı komplekslərinin optimal əmələgəlmə şəraiti müəyyən edilmiş, tərkibi və davamlılıq sabitləri təyin edilmiş və əsas spektrofotometrik xarakteristikaları hesablanmışdır. Molibden(VI) və volframın(VI) müxtəlifliqandlı komplekslər əmələ gətirməsinə əsaslanan yüksək seçiciliyə malik yeni metodikalar işlənilib hazırlanmışdır. İşlənilmiş metodikalar içməli suda molibdenin və torpaqda volframın mikromiqdarının təyini üçün tətbiq edilmişdir.

    Downloads

    Published

    2026-01-19

    Issue

    Section

    Articles