XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ FELYETONLARDA BƏDİİ TƏSVİR VƏ İFADƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ

Authors

  • S.H. Quliyeva

Keywords:

felyeton, mətbuat, ədəbiyyat, “Molla Nəsrəddin” jurnalı, bədii təsvir və ifadə vasitələri

Abstract

XX əsrin əvvəllərinin mətbuatında yer alan felyetonlar mövzu və ideyasına, problematikasına görə zəngin olmaqla yanaşı, bədii təsvir və ifadə vasitələrinin çoxçalarlığı baxımından da diqqəti cəlb edir. Bu dövrdə yazılan felyetonlarda klassik sənətkarların əsərlərindən və ədəbi qəhrəmanlarından bir fon kimi yararlanmaq əsas ədəbi priyomlardan idi. XX əsr Azərbaycan nəsrində, poeziya və publisistikasında özünü göstərən təşbeh, epitet, metonimiya, metafora və digər məcazlar sisteminin əsas bazası, ilkin mənbəyi xalqımızın zəngin folklorudur. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli, M.S.Ordubadi, Ə.Haqverdiyev,  Ö.F.Nemanzadə, Ə.Qəmküsar və başqa felyetonçular əsərlərində fərdiləşdirmə və tipikləşdirmə məsələsinə xüsusi diqqət yetirmiş və yaradıcılıqları boyunca bu sənətkarlıq prosesini nəzərdən qaçırmamışlar.

Downloads

Published

2024-07-29

Issue

Section

Articles