2-HİDROKSİBENZİLAMİNİN BƏZİ TÖRƏMƏLƏRİNİN PENTAERİTRİT MÜRƏKKƏB EFİRİNİN TERMOOKSİDLƏŞDİRİCİ STABİLLİYİNƏ TƏSİRİ
Keywords:
2-hidroksibenzilarilaminlər, penteritrit efiri, oksidləşmə, aşqar, özlülük, çöküntüAbstract
Məqalədə 2-hidroksibenzilaminlərin bəzi törəmələri sintez edilərək onların sintetik yağ olan pentaeritritin mürəkkəb efirinin termooksidləşdirici stabilliyinə təsiri öyrənilmişdir. Alınan birləşmələrin quruluşu İQ-spektroskopiya və element analizi vasitəsilə təsdiq edilmişdir. 2-hidroksibenzilamin törömələri aşqar olaraq laboratoriya şəraitində standart metodla (ГОСТ 23797-79) yoxlamalar
zamanı sürtgü yağının termooksidləşdirici stabilliyinə müsbət təsiri müəyyən edilmişdir.