İON MAYESİ (N-METİLPİRROLİDONHİDROSULFAT) VƏ NANO-ZnO KATALİZATORLARININ İŞTİRAKI İLƏ ETİLENQLİKOLUN-BİS- α-DİNAFTİLDİASETAT, ETİLENQLİKOLUN-BİS-DİAMİNODİBENZOAT EFİRLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ

Authors

  • V.M. Abbasov
  • L.M. Əfəndiyeva
  • P.M. Kərimov
  • O.M. Ələsgərova
  • S.Q. Əliyeva

Keywords:

α-naftil sirkə turşusu, p-aminobenzoy turşusu, etilenqlikol, nano-ZnO, n-metilpirralidonhidrosulfat, efir, dizel yanacağı, aşqar, antioksidant

Abstract

Təqdim olunan məqalədə, α-naftil sirkə turşusu və etilenqlikol əsasında n-metilpirralidonhidrosulfat katalizatorunun iştirakı ilə (3 % kütlə α-naftil sirkə turşusuna görə hesablanmış) 2:1 nisbətində, 110 °C temperaturda, 4-5 saat müddətində, 80 % çıxımla etilenqlikolun-bis-α-dinaftildiasetat efiri, p-aminobenzoy turşusu və etilenqlikol əsasında isə nano-ZnO katalizatorunun iştirakı ilə (7 % kütlə aminoturşuya görə hesablanmış) 2:1-ə nisbətində, 80-90 °C temperaturda, 5-6 saat müddətində, 65 % çıxımla etilenqlikolun-bis-diaminodibenzoat efiri sintez edilmişdir. Sintez edilmiş efirlərin fiziki-kimyəvi göstəriciləri analitik və spektral üsullarla təyin olunmuşdur. Sintez edilmiş efirləri sənayedə dizel yanacağında antioksidant - aşqar və başqa sahələrdə tətbiq oluna bilər.

Downloads

Published

2024-07-24

Issue

Section

Articles