Al və Fe3O4 NAZİK TƏBƏQƏLİ SİSTEMLƏRİNİN QURULUŞ XÜSUSİYYƏTLƏRİ

Authors

  • X.N. Əhmədova
  • S.H. Cabarov
  • Ş.N. Əliyeva
  • X.O. Sadiq
  • V.K. Səricanova

Keywords:

kristal quruluş, nazik təbəqələr, Fe3O4 nazik təbəqələri

Abstract

İşdə nano ölçülü Al və Fe3O4 tozlarının laylı nazik təbəqələri rentgen difraksiyası metodu ilə tədqiq edilmiş və bu zamanı müəyyən edilmişdir ki, h = 30 və 60 nm qalınlıqlı nazik təbəqələrdə Al və Fe3O4 maddələri öz kristal quruluşunu saxlaya bilirlər. Bunun əsas səbəbi, onların uyğun olaraq Fm-3m və Fd-3m fəza qruplu kubik simmetriyalı kristal quruluşa malik olmaları ilə izah edilmişdir. Rentgen difraksiyası spektrlərində Al kristallarına uyğun maksimumların (111) və (200) atom müstəvilərinə Fe3O4 kristallarına uyğun maksimumların (044) atom müstəvisinə uyğun gəldiyi müəyyən edilmişdir. Nəzərə alsaq ki, ayrı-ayrılıqda götürüldükdə Al və Fe3O4 nazik təbəqələri daha kiçik ölçülərdə: h = 15 və 30 nm qalınlığında alınmışdır. Buna baxmayaraq kristal quruluş formalaşmışdır. Müəyyən edilmişdir ki, bu təbəqələrdə həm alüminium, həm də dəmir oksid təbəqəsi öz quruluş xüsusiyyətlərini saxlayır.

Downloads

Published

2024-07-23

Issue

Section

Articles